Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə III "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı keçirilir.
NTV xəbər verir ki, konqres-festival iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılmış abidəsi önünə gül qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə rəsmi şəxslər, dövlət qurumlarının, elm və təhsil müəssisələrinin, Qərbi Azərbaycan İcmasının, ali təhsil ocaqlarının nümayəndələri, ziyalılar, ictimaiyyət təmsilçiləri, gənclər və media təmsilçiləri iştirak edirlər.
III "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı öz işini Ordubad şəhərində davam etdirəcək.
