satellite   Azerspace-1: 11135 H 30000

Ramil Həsən Dövlət Bağçalı ilə TÜRKPA-nın fəaliyyətini müzakirə edib

Ramil Həsən Dövlət Bağçalı ilə TÜRKPA-nın fəaliyyətini müzakirə edib

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Türkiyəyə səfəri çərçivəsində Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşüb.

NTV-nin məlumatına görə, görüşdə TÜRKPA-nın son dövrdə həyata keçirdiyi fəaliyyətinə dair ətraflı məlumat verilib və gələcək planlar barədə geniş fikir mübadiləsi aparılıb.

D.Bağçalı TÜRKPA-ya xüsusi önəm verdiklərini və qardaş türk dövlətləri arasında əlaqələrin inkişafında, parlamentlər arasında əməkdaşlığın yeni mərhələyə daşınmasında xüsusi önəm kəsb etdiyini vurğulayıb.

O, bundan sonra da TÜRKPA fəaliyyətinə hərtərəfli dəstək verəcəyini qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM