satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyasının rəhbəri Bakıda investisiya imkanlarını müzakirə edib

ABŞ Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyasının rəhbəri Bakıda investisiya imkanlarını müzakirə edib

ABŞ Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyasının (DFC) Baş icraçı direktoru Ben Blek ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə investisiya imkanlarının müzakirəsi üçün Bakıya səfər edib.

NTV xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Ben Blek səfər zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, eləcə də özəl sektor nümayəndələri ilə görüşərək qarşılıqlı maraq doğuran əsas sahələrdə investisiya və tərəfdaşlıq imkanlarını müzakirə edib.

Ben Blekin səfəri iyunun 2-də keçirilmiş ilk ABŞ-Azərbaycan İqtisadi Dialoqunun davamı olmaqla yanaşı, fevral ayında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının həyata keçirilməsi istiqamətində atılan növbəti mühüm addımı əks etdirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM