NTV xəbər verir ki, aprelin 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Humanitar siyasət komitəsinin növbəti iclası keçirilib.
Komitə sədri Canməmməd Canməmmədov iclasıngündəliyinə “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsinin daxil edildiyini bildirib.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri Tarverdi Məmmədov hesabat barədə məlumat verib.
Sonra gündəlikdə duran məsələ ətrafında müzakirələr aparılıb, Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri Tarverdi Məmmədov, Sosial məsələlər şöbəsinin müdir müavini, şöbə müdiri vəzifəsini müvəqqəti icra edən Hüseyn Hacıyev, Maliyyə və büdcə məsələləri şöbəsinin müdiri Tural Şirəlizadə və İqtisadiyyat şöbəsinin müdir müavini, şöbə müdiri vəzifəsini müvəqqəti icra edən Yaqub Məmmədov deputatlar tərəfindən səsləndirilən fikirlərə münasibət bildirib, suallara aydınlıq gətiriblər.
Sonda komitənin rəyi oxunub, “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı” Ali Məclisin müzakirəsinə tövsiyə olunub.
