satellite   Azerspace-1: 11135 H 30000

XİN: Qaradağlı faciəsi insanlığa qarşı törədilmiş ağır cinayət kimi yaddaşlarda qalacaq

XİN: Qaradağlı faciəsi insanlığa qarşı törədilmiş ağır cinayət kimi yaddaşlarda qalacaq

Qaradağlı faciəsi insanlığa qarşı törədilmiş ağır cinayət kimi yaddaşlarda əbədi qalacaq və bu cür faciələrin heç vaxt unudulmaması hər kəsin mənəvi borcudur.

NTV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Qaradağlı qətliamının 34-cü ildönümü ilə bağlı paylaşımında qeyd edilib.

"Azərbaycanın dinc əhalisinə qarşı erməni silahlı birləşmələri tərəfindən törədilmiş bu qanlı cinayət tariximizin ən faciəli və ağrılı səhifələrindən biridir. Xüsusi amansızlıqla həyata keçirilmiş bu qətliam zamanı uşaqlar və qadınlar da daxil olmaqla 67 nəfər vəhşicəsinə qətlə yetirilib", - deyə paylaşımda vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM