satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilib - FOTOLAR

Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilib<font color=red> - FOTOLAR</font> Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilib<font color=red> - FOTOLAR</font>

Noyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının növbəti iclası keçirilib.

Ali Məclisin mətbuat xidmətindən NTV-yə bildirilib ki, iclasın gündəliyinə Ceyhun Ramiz oğlu Cəlilovun Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilməsi məsələsi daxil edilib.

Gündəlik təsdiq olunduqdan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 12 noyabr tarixli Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib. Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olunduğundan o, Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilməlidir.

“Ceyhun Ramiz oğlu Cəlilovun Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərar layihəsi iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Sonra qərar layihəsi səsə qoyularaq qəbul olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Ceyhun Cəlilova Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olunması münasibətilə təbriklərini çatdırıb, fəaliyyətində uğurlar arzulayıb.

Bununla da Ali Məclisin növbəti iclası başa çatıb.

 

 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM