satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin “World Türk” kanalı YAP-ın VIII Qurultayının tarixi əhəmiyyətindən bəhs edib - FOTOLAR

Türkiyənin “World Türk” kanalı YAP-ın VIII Qurultayının tarixi əhəmiyyətindən bəhs edib<font color=red> - FOTOLAR</font> Türkiyənin “World Türk” kanalı YAP-ın VIII Qurultayının tarixi əhəmiyyətindən bəhs edib<font color=red> - FOTOLAR</font>

Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyevanın müsahibəsi Türkiyənin “World Türk” televiziya kanalında yayımlanıb.

NTV xəbər verir ki, müsahibədə Yeni Azərbaycan Partiyasının VIII Qurultayının əhəmiyyətindən bəhs edilib.

Z.Quliyeva, ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan Qurultayın Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk YAP qurultayı olduğu vurğulayıb.

İctimai Birliyinin sədri Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bunun nəticəsi olaraq Azərbaycanın böyük inkişaf yolu keçdiyini, dövlətimizin beynəlxalq mövqelərinin möhkəmləndiyini qeyd edib.

Telekanal əldə edilən tarixi nailiyyətlərin ölkəmizin gələcək inkişafı baxımından roluna diqqət çəkib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM