satellite   Azerspace-1: 11135 H 30000

İlham Əliyev: Azərbaycan Avropa İttifaqı ilə əlaqələrə mühüm əhəmiyyət verir

İlham Əliyev: Azərbaycan Avropa İttifaqı ilə əlaqələrə mühüm əhəmiyyət verir

Azərbaycan Avropa İttifaqı ilə əlaqələrə mühüm əhəmiyyət verir.

NTV məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 16-da Tiranada Avropa Ittifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşündə deyib.

Dövlət başçısı ölkənin Avropanın enerji təhlükəsizliyində roluna toxunub:

“Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlər var. Bu gün Azərbaycanın Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 ölkəsinin enerji təminatında rolu var”.

Azərbaycanın Orta Dəhlizdə oynadığı vacib rola toxunan Prezident İlham Əliyev bu dəhlizin inkişafı məqsədilə Azərbaycanda yaradılmış nəqliyyat infrastrukturuna qoyulmuş investisiyaları və bu istiqamətdə aparılan işləri qeyd etdi. Prezident Orta Dəhlizlə yüklərin daşınma həcminin artdığını da deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM