satellite   Azerspace-1: 11135 H 30000

Miller: ABŞ Azərbaycan və Ermənistan XİN rəhbərlərini bir araya gətirmək imkanını nəzərdən keçirir

Miller: ABŞ Azərbaycan və Ermənistan XİN rəhbərlərini bir araya gətirmək imkanını nəzərdən keçirir

ABŞ həmişə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etmək imkanını səbirsizliklə gözləyir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə bildirib.

"Biz hər iki ölkənin davamlı və layiqli sülh sazişinə nail olmaq səylərini dəstəkləməyə davam edirik. Onlar sülh sazişinin tamamlanmasında əhəmiyyətli irəliləyiş əldə ediblər və biz onları mümkün olan hər bir şəkildə, o cümlədən faydalı olacağı təqdirdə görüş təşkil etməklə dəstəkləməyə hazırıq", - o deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM