satellite   Azerspace-1: 11135 H 30000

"Haber Global": Azərbaycanın Kahramanmaraşda məktəb açması iki ölkənin qardaşlığı baxımından çox əhəmiyyətlidir - VİDEO

Azərbaycan tərəfindən Türkiyənin Kahramanmaraş şəhərində Heydər Əliyev adına məktəbin inşası iki ölkənin qardaşlığı baxımından çox əhəmiyyətlidir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” televiziyasının 2023-cü ilin fevralında baş vermiş dəhşətli zəlzələ nəticəsində ciddi ziyan görmüş Kahramanmaraşda salınan Azərbaycan məhəlləsindəki məktəblə bağlı hazırladığı geniş videomaterialda qeyd olunub.

Məlumata görə, bu, zəlzələdən sonra Azərbaycan məhəlləsində inşa edilərək istifadəyə hazır olan ilk tikilidir: “Bütün məhəllədə ciddi inşaat prosesi gedir. Bu prosesin gələn il fevralın sonuna qədər davam edəcəyi gözlənilir”.

Qeyd olunub ki, şagirdlərin təhsili üçün hər cür şərait yaradılıb: “Məktəb üç mərtəbəlidir. Burada yeməkxana, kitabxana, bufet var”.

Süjetdə, həmçinin zəlzələdən sonra Azərbaycanın Türkiyəyə göstərdiyi humanitar yardım barədə də geniş məlumat verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM