satellite   Azerspace-1: 11135 H 30000

Rövzət Qasımov: Sosial şəbəkələrdə seçki prosesini əks etdirən 508 görüntü tirajlanıb

Rövzət Qasımov: Sosial şəbəkələrdə seçki prosesini əks etdirən 508 görüntü tirajlanıb

Sosial şəbəkələrdə seçki prosesini əks etdirən 508 görüntü tirajlanıb.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

O qeyd edib ki, görüntülər 25 seçki dairəsindən 49 məntəqəni əhatə edib.

MSK sədri Məzahir Pənahov isə əlavə edib ki, həmin görüntülərin izlənməsi bir gün çəkəcək: "Sentyabrın 11-i keçiriləcək iclasda bəzi görüntüləri müzakirə edə biləcəyik".

Sədr qeyd edib ki, MSK-ya bütün məntəqələr üzrə daxil olan videolar ayrı-ayrılıqda Ekspert Qrupunun üzvlərinə təqdim ediləcək: "Çünki kifayət qədər çox görüntü var. Amma bunlara əsasdan başlayaraq baxmaq rahat olacaq".

M.Pənahov əlavə edib ki, məntəqələrdən görüntüləri araşdırmaq MSK üzvləri Hüseyn Paşayev, Qabil Orucov, Fuad Cavadov və Baxşeyiş Əsgərova həvalə olunub: "Ümumilikdə isə hər kəsin prosesdə iştirakı nəzərdə tutulub".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM