satellite   Azerspace-1: 11135 H 30000

İlham Əliyev: Azərbaycan üçün Astanada Ermənistanla sülh müqaviləsi üzrə danışıqların aparılması təklifi məqbuldur

İlham Əliyev: Azərbaycan üçün Astanada Ermənistanla sülh müqaviləsi üzrə danışıqların aparılması təklifi məqbuldur

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astananın Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazır olduğunu bildirib.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə sentyabrın 9-da Qazaxıstanın dövlət başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

Prezident İlham Əliyev Azərbaycan üçün Astanada iki ölkə arasında bu danışıqların aparılması təklifinin məqbul olduğunu qeyd edib.

Telefon söhbəti zamanı ikitərəfli gündəliyə aid məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM