Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Çin Azərbaycan ilə Ermənistanın münasibətlərin normallaşması prosesində əldə etdiyi tərəqqini alqışlayır.

NUHÇIXAN xəbər verir ki, bu fikri Çin Xarici İşlər Nazirliyinin rəsmisi Van Venbin Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının 8-ci iclasının yekunu olaraq iki ölkənin dövlət sərhədinin delimitasiyasına başlamasına dair razılığı şərh edərkən deyib.

Həm Azərbaycanın, həm də Ermənistanın Çinin dostu və əməkdaşlıq tərəfdaşı olduğunu vurğulayan Çin XİN rəsmisi deyib: “Biz ümid edirik ki, Azərbaycanla Ermənistan dialoq və məsləhətləşmələr vasitəsilə fikir ayrılıqlarının, mübahisələrin həlli və regionda sülhün, sabitliyin, firavanlığın möhkəmlənməsi istiqamətində birgə işlərini davam etdirəcək”.

 

Xəbər lenti
Baş ucaldar mərd oğul

18:11 04.05.2024

Şərura dolu düşüb

16:16 04.05.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM