BMT rəsmisi Ermənistanı minalarla bağlı məlumatları Azərbaycana verməyə çağırıb

BMT rəsmisi Ermənistanı minalarla bağlı məlumatları Azərbaycana verməyə çağırıb

Qarabağda basdırılan minalar minlərlə məcburi köçkünün təhlükəsiz şəkildə bölgəyə geri qayıtmasına əsas maneədir.

NUHÇIXAN xəbər verir ki, bunu "Report"un ABŞ bürosuna açıqlamasında BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo deyib.

"Münaqişədən sonrakı vəziyyətlərdə aidiyyəti tərəflər minaların təmizlənməsini asanlaşdırmaq, daha çox insan tələfatının və xəsarətlərin qarşısını almaq və həyatın normal vəziyyətə qayıtmasını təmin etmək üçün xəritələr də daxil olmaqla mövcud məlumatları qarşı tərəflə bölüşməlidir. Minaların basdırıldığı yerlər haqqında ətraflı məlumatların olmaması Qarabağ bölgəsində minlərlə məcburi köçkünün təhlükəsiz şəkildə bölgəyə geri qayıtmasına əsas maneədir", - o vurğulayıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM