satellite   Azerspace-1: 11135 H 30000

Ötən ay TƏBİB-in Çağrı Mərkəzinə 12 mindən çox zəng daxil olub

Ötən ay TƏBİB-in Çağrı Mərkəzinə 12 mindən çox zəng daxil olub

TƏBİB-in "815" Çağrı Mərkəzinə fevral ayı ərzində ümumilikdə 12 118 zəng daxil olub.

Bu barədə NTV-yə  TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, müraciətlərdən 11 948-i müvafiq olaraq dərhal cavablandırılıb, 170 müraciət isə araşdırılması üçün qəbul edilib. 39 müraciət ilə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, 69-u ilə bağlı məsələ həll edilib, 62-si isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib.

Daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub.

Qeyd edək ki, vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla yanaşı, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi, eləcə də elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM