satellite   Azerspace-1: 11135 H 30000

Milli Məclisin növbədənkənar sessiyasının başa çatacağı tarix məlum olub

Milli Məclisin növbədənkənar sessiyasının başa çatacağı tarix məlum olub

Milli Məclisin növbədənkənar sessiyasının başa çatacağı tarix məlum olub.

NTV xəbər verir ki, sessiyanın son iki iclası qalıb - iyulun 4-ü və 8-də.

Xatırladaq ki, parlamentin növbədənkənar sessiyası mayın 30-da 85 deputatın spiker Sahibə Qafarovaya müraciət əsasında çağırılmışdı.

Qeyd edək ki, Milli Məclisin növbədənkənar sessiyaları dövründə parlament öz iclaslarını keçirir, Milli Məclisin komitə və komissiyalarının iclasları keçirilir, Milli Məclisin deputatları komitə və komissiyaların işində iştirak edirlər.

Növbədənkənar sessiya bitdikdən sonra deputatlar tətilə buraxılırlar və onlar iyul ayının 15-dən avqust ayının 30-dək məzuniyyətdə hesab edilirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM