satellite   Azerspace-1: 11135 H 30000

Tofiq Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum edilib - SƏRƏNCAM

Tofiq Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum edilib<font color='red'> - SƏRƏNCAM</font>

Prezident İlham Əliyev oktyabrın 2-də Tofiq Etibar oğlu Həsənovun ali xüsusi rütbədən və dövlət təltifindən məhrum edilməsi haqqında sərəncam imzalayıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Tofiq Etibar oğlu Həsənovun ağır cinayətlər törətdiyinə görə məhkum olunması barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsini və Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin təqdimatını əsas götürərək qərara alıram:

1. Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM