satellite   Azerspace-1: 11135 H 30000

Xocalı rayonuna növbəti köç: Xanabad kəndinə 89 nəfər köçürülüb - FOTOLAR

Xocalı rayonuna növbəti köç: Xanabad kəndinə 89 nəfər köçürülüb<font color=red> - FOTOLAR</font> Xocalı rayonuna növbəti köç: Xanabad kəndinə 89 nəfər köçürülüb<font color=red> - FOTOLAR</font> Xocalı rayonuna növbəti köç: Xanabad kəndinə 89 nəfər köçürülüb<font color=red> - FOTOLAR</font> Xocalı rayonuna növbəti köç: Xanabad kəndinə 89 nəfər köçürülüb<font color=red> - FOTOLAR</font> Xocalı rayonuna növbəti köç: Xanabad kəndinə 89 nəfər köçürülüb<font color=red> - FOTOLAR</font> Xocalı rayonuna növbəti köç: Xanabad kəndinə 89 nəfər köçürülüb<font color=red> - FOTOLAR</font> Xocalı rayonuna növbəti köç: Xanabad kəndinə 89 nəfər köçürülüb<font color=red> - FOTOLAR</font>

Xocalının Xanabad kəndinə növbəti köç həyata keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə verilən məlumata görə, bu mərhələdə Xocalı rayonunun Xanabad kəndinə 89 nəfərdən ibarət 12 ailə qayıdıb.

Xanabad kəndində sakinlərə yeni evlərinin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov onları təbrik edib, doğma torpaqlarda xoşbəxt və firavan həyat arzulayıb.

S.Qəhrəmanov bildirib ki, azad edilmiş ərazilərə mərhələli şəkildə köç prosesi uğurla davam etdirilir. İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, müasir infrastruktur yaradılır, əhalinin rahat və təhlükəsiz yaşayışı üçün hər cür şərait təmin olunur.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM