satellite   Azerspace-1: 11135 H 30000

Hərbi hissələrdə tədbirlər keçirilib - FOTOLAR

Hərbi hissələrdə tədbirlər keçirilib<font color=red> - FOTOLAR</font> Hərbi hissələrdə tədbirlər keçirilib<font color=red> - FOTOLAR</font> Hərbi hissələrdə tədbirlər keçirilib<font color=red> - FOTOLAR</font>

Baş prokurorun müavini - hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədov müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyevlə birlikdə Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxslərinin və Müdafiə Nazirliyinin yüksək rütbəli hərbi qulluqçularının iştirakı ilə dövlət sərhədlərində qulluq edən hərbi qulluqçularla görüşüblər.

Hərbi Prokurorluğun mətbuat xidmətindən NTV-yə bildirilib ki, müxtəlif hərbi hissələrdə birgə keçirilən tədbirlərdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Dövlət Himni səsləndirilib, Baş Prokurorluğun rəhbərliyinin təbriki şəxsi heyətə çatdırılıb.

Çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrin formalaşdırılmasından danışıblar.

Hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici çıxışlar edilib, onları maraqlandıran suallar cavablandırılıb. Eləcə də, hərbçilərin məişət və xidmət şəraiti, həmçinin qayğı və problemləri ilə bağlı fikirləri dinlənilib.

Xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM