satellite   Azerspace-1: 11135 H 30000

"44" bədii filminin treyleri yayımlanıb

"44" bədii filminin treyleri yayımlanıb

Vətən müharibəsindən bəhs edən "44" bədii filminin treyleri yayımlanıb.

NTV xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov sosial şəbəkə hesabında paylaşım edib.

Azərbaycan Kinosu Günü münasibətilə milli kino ənənələrinin yaşadılması və ölkəmizdə kino istehsalının inkişafı naminə zəhmətini, biliyini və istedadını əsirgəməyən bütün kino xadimlərini təbrik edən A. Ələkbərov Azərbaycan kinematoqrafiyasının tərəqqisi naminə bundan sonra da bütün imkanların səfərbər ediləcəyini bildirib.

"Bu əlamətdar gündə ümumi işə öz töhfəmizi verməkdən qürur duyur və payızda premyerası nəzərdə tutulan "44" bədii filminin treylerini diqqətinizə təqdim edirik", - Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM