satellite   Azerspace-1: 11135 H 30000

Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir, Prezident və Birinci vitse-prezident əklil göndərib

Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir, Prezident və Birinci vitse-prezident əklil göndərib

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, “Heydər Əliyev” mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadə ilə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.

NTV xəbər verir ki, vida mərasimində Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak edirlər.

Mərhumun cənazəsi Beynəlxalq Muğam Mərkəzinin matəmsayağı bəzədilən səhnəsində postament üzərinə qoyulub.

Postamentin ətrafına Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın, dövlət və hökumət təşkilatları adından əklil düzülüb.

Xalq şairi Nəriman Həsənzadənin həmkarları, dostları, tanınmış mədəniyyət və incəsənət xadimləri, mərhumun sənətini sevənlər mərkəzin binasına gələrək, Azərbaycan poeziyasının görkəmli nümayəndəsinə son borclarını yerinə yetirirlər.

Vida mərasimində əvvəlcə Nəriman Həsənzadənin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM