satellite   Azerspace-1: 11135 H 30000

Ağalıda və Məmmədbəylidə Novruz festivalı və sərgi-satış yarmarkası təşkil edilib - FOTOLAR

Ağalıda və Məmmədbəylidə Novruz festivalı və sərgi-satış yarmarkası təşkil edilib<font color=red> - FOTOLAR</font> Ağalıda və Məmmədbəylidə Novruz festivalı və sərgi-satış yarmarkası təşkil edilib<font color=red> - FOTOLAR</font> Ağalıda və Məmmədbəylidə Novruz festivalı və sərgi-satış yarmarkası təşkil edilib<font color=red> - FOTOLAR</font> Ağalıda və Məmmədbəylidə Novruz festivalı və sərgi-satış yarmarkası təşkil edilib<font color=red> - FOTOLAR</font> Ağalıda və Məmmədbəylidə Novruz festivalı və sərgi-satış yarmarkası təşkil edilib<font color=red> - FOTOLAR</font> Ağalıda və Məmmədbəylidə Novruz festivalı və sərgi-satış yarmarkası təşkil edilib<font color=red> - FOTOLAR</font> Ağalıda və Məmmədbəylidə Novruz festivalı və sərgi-satış yarmarkası təşkil edilib<font color=red> - FOTOLAR</font> Ağalıda və Məmmədbəylidə Novruz festivalı və sərgi-satış yarmarkası təşkil edilib<font color=red> - FOTOLAR</font> Ağalıda və Məmmədbəylidə Novruz festivalı və sərgi-satış yarmarkası təşkil edilib<font color=red> - FOTOLAR</font> Ağalıda və Məmmədbəylidə Novruz festivalı və sərgi-satış yarmarkası təşkil edilib<font color=red> - FOTOLAR</font>

Zəngilan rayonunun Ağalı və yenidən qurulan Məmmədbəyli kəndlərində martın Novruz festivalı keçirilib.

NTV xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti və “Aqrar tədarük və təchizat” ASC-nin birgə təşkilatçılığı ilə ərsəyə gələn festival çərçivəsində kənd təsərrüfatı məhsulları və əl işlərinin sərgi-satış yarmarkası təşkil olunub. Müxtəlif bölgələrdən olan fermerlərə satış, investorlara isə tanışlıq imkanı yaradılıb.

Ağalı kənd parkında hər iki kəndin sakinləri üçün təşkil edilmiş festival çərçivəsində Novruz bayramının personajları olan Bahar qızı, Kosa və Keçəlin təqdimatında məzəli oyunlar, ənənəvi tamaşalar, həmçinin incəsənət xadimlərinin ifasında bədii-əyləncəli proqram təşkil olunub. Uşaqlar üçün xüsusi zonada interaktiv fləşmoblar, viktorinalar keçirilib, hədiyyələr paylanılıb.

Tədbirin qonaqları sacda hazırlanan lavaş, fəsəli, kətə, həmçinin bölgənin endemik bitkisi sayılan çirişotu kətəsinin dadına baxıblar. Kəndirbazlar, pəhləvanlar, yumurta boyayanlar və digər folklor nümayəndələrinin iştirakı ilə baş tutan Novruz festivalı sonda bayram tonqalı ətrafında birlik rəmzi olan “Yallı” rəqsi ilə başa çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM