Bu il 9 bölgə üzrə Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində attestasiya prosesi aparılacaq.
NTV xəbər verir ki, bunu nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Yaşar Zeynalov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ümumilikdə, il ərzində 8 min müəllimin attestasiyaya cəlb olunacağı planlaşdırılıb.
Nazirlik rəsmisi builki attestasiya prosesinin fevralın 10-da başlanılacağını və prosesin iyul ayına qədər yekunlaşacağını bildirib:
"Yalnız Naxçıvandakı təhsil müəssisələrinin təhsilverənləri üçün attestasiya ilin sonunda keçiriləcək".
