satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda duz istehsalı 32 faizdən çox artıb

Azərbaycanda duz istehsalı 32 faizdən çox artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 53 min 640,6 ton duz istehsal olunub. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 32,2 faiz çoxdur.

NTV xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

İyulun 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 28,7 faiz artaraq 36,8 ton qeydə alınıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkədə duz istehsalı 40 min 573,9 ton, hazır məhsul ehtiyatı isə 28,6 ton təşkil edib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM