satellite   Azerspace-1: 11135 H 30000

Bu ilin birinci yarısında 293 yeni dövlət standartı qəbul olunub

Bu ilin birinci yarısında 293 yeni dövlət standartı qəbul olunub

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 293 yeni dövlət standartı qəbul edib.

NTV AZSTAND-a standartlardan 26-sı qida texnologiyası və kənd təsərrüfatı, 35-i nəqliyyat, 28-i uşaq malları, 3-ü sənədləşdirmə və nəşriyyat, 9-u energetika (istilik mübadiləsi sistemləri) və elektrotexnika, 7-si idarəetmə və keyfiyyət, 43-ü mebel, 2-si hidravlik sistemlər və ümumi istifadə üçün komponentlər, 6-sı neft-qaz, kimya və əlaqəli texnologiyalar, 4-ü bina qurğuları, 1-i zərgərlik, 6-sı turizm, 9-u əməyin təhlükəsizliyi, 33-ü tekstil və dəri texnologiyası, 36-sı maşınqayırma, 3-ü istehlak malları, 1-i Metrologiya, ölçmə sistemləri və cihazlar, 21-i tikinti materialları, 20-si informasiya və telekommunikasiya sahələrini əhatə edib.

Eyni zamanda, 21 dövlət standartının dövri yoxlanılması aparılıb və yaxud onlara dəyişikliklər edilib, 21 dövlət standartı isə ləğv olunub.

Sahibkarların müraciəti əsasında 73 texniki şərt ekspertiza edilərək qeydiyyata alınıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM