Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Krallığın Biznes və Ticarət Nazirliyinin investisiyalar üzrə dövlət naziri Lord Stokvud ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən NTV-yə bildirilib ki, görüş zamanı Azərbaycanla Birləşmiş Krallıq arasında iqtisadi tərəfdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər ticarət əlaqələrinin genişləndirilməsi, enerji təhlükəsizliyi, yaşıl enerji, innovasiya, rəqəmsallaşma və digər sahələrdə birgə fəaliyyət perspektivləri nəzərdən keçiriblər.
Bununla yanaşı, qarşılıqlı investisiyaların təşviqi, qeyri-neft-qaz sektorunun inkişafı, texnologiya transferi, kiçik və orta biznesin dəstəklənməsi, özəl sektorun gücləndirilməsi və kapital bazarlarına çıxış kimi istiqamətlər əməkdaşlığın prioritetləri kimi vurğulanıb. Görüşdə biznes dairələri arasında əlaqələrin genişləndirilməsinin və yeni investisiya təşəbbüslərinin təşviqinin əhəmiyyəti qeyd edilib.
