Bu ilin yanvar-may aylarında Azərbaycan 542 milyon 270 min ABŞ dolları dəyərində 26 min 805 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.
NTV Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 31,3 % az və 37,35 % azdır.
Hesabat dövründə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 58,6 % artaraq 333 ədəd (55,257 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 40 % azalaraq 23 411 ədəd (430,196 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 2 462-si (52,662 milyon ABŞ dolları dəyərində) elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olanlar istisna olmaqla daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 6 318-i (140,777 milyon ABŞ dolları dəyərində) elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olan, daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 468-i (12,253 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 68,1 %, ikincinin 41 %, üçüncünün isə 39 % azalması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 16,3 % azalaraq 2 794 ədəd (25,291 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 16,1 % artaraq 267 ədəd (31,526 milyon ABŞ dolları dəyərində) olub.
