satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan 5 ayda 10 milyard kubmetrdən çox təbii qaz ixrac edib

Azərbaycan 5 ayda 10 milyard kubmetrdən çox təbii qaz ixrac edib

Bu ilin yanvar-may aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10 milyard 381 milyon 054,98 min kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə NTV Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 3 milyard 343 milyon 175,54 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2025-ci ilin 5 ayı ilə müqayisədə 1,07 % çox, dəyəri isə 12,8 % azdır.

Hesabat ayında Azərbaycanın ümumi ixracında təbii qazın payı 23,93 % olub.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 13 milyard 970 milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 31,6 % azalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM