satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 7 dəfə artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 7 dəfə artıb

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

NTV Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 0,85 % azdır.

Xarici ticarət dövriyyəsinin 13 milyard 970 milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 31,6 % azalıb.

Son nəticədə xarici ticarətdə 7 milyard 152 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 6,9 dəfə çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM