“Bitcoin”in qiyməti yenidən 80 min dollardan aşağı enib.
NTV xəbər verir ki, hazırda əsas kriptovalyutanın qiyməti 79 min 760 dollar civarındadır.
Qlobal bazarlarda bütün diqqət ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında keçirilən görüşün nəticələrinə yönəlib. Ekspertlər “Bitcoin”in qiymətindəki geriləməni ABŞ-də yüksək inflyasiya göstəricisi və faiz dərəcələri ilə bağlı qeyri-müəyyənliklə əlaqələndirirlər.
Analitiklərin fikrincə, 80 min dollar səviyyəsi “Bitcoin” üçün çox vacib psixoloji həddir.
Xatırladaq ki, mayın 4-də “Bitcoin”in qiyməti yanvarın 31-dən indiyədək ilk dəfə ticarət zamanı 80 min dollar həddini keçmişdi. Növbəti günlərdə isə əsas kriptovalyutanın qiyməti 81 min 500 dollara kimi bahalaşmışdı. “Bitcoin”in qiyməti 2025-ci il ərzində isə 6 faizdən çox ucuzlaşıb.
