Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə "Youtube" olub.
NTV bu barədə “StatCounter”a istinadən xəbər verir.
Bu dövrdə "Youtube"un Azərbaycanın sosial şəbəkə bazarındakı payı 28,69% təşkil edib. Bu isə fevral ayı ilə müqayisədə 4,57 faiz bəndi, illik müqayisədə isə 17,26 faiz bəndi çoxdur.
İstifadəçi sayına görə, ikinci yerdə 26,32% payla "Facebook" sosial şəbəkəsi qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə 11,03 faiz bəndi azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə 4,67 faiz bəndi artıb.
Ölkədə üçüncü ən çox istifadə edilən sosial şəbəkə 19,01% payla "Instagram" olub. Bu, fevral ilə müqayisədə 2,28 faiz bəndi çox, illik müqayisədə 22,24 faiz bəndi azdır.
Dördüncü yerdə 8,69% payla "Pinterest" qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə 0,88 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə 8,75 faiz bəndi az olub.
Ötən ay "X" sosial şəbəkəsi ölkəmizdəki bazar payını aylıq 2,56 faiz bəndi, illik 3,73 faiz bəndi artıraraq 7,77%-lə beşinci yerdə qərarlaşıb.
Mart ayında "Reddit" sosial şəbəkəsi 4,4% bazar payı ilə altıncı yerdə qərarlaşıb. Sosial şəbəkənin ölkədəki bazar payı aylıq 2,92 faiz bəndi, illik 2,57 faiz bəndi artıb.
İstifadəçi sayına görə, yeddinci yeri 4,08% payla "Linkedin" sosial şəbəkəsi tutub. Sosial şəbəkə Azərbaycandakı bazar payını aylıq 0,74 faiz bəndi azaldıb, illik 2,63 faiz bəndi artırıb.
