satellite   Azerspace-1: 11135 H 30000

Qazın qiymətində kəskin artım baş verib

Qazın qiymətində kəskin artım baş verib

İranın yaxın Şərq ölkələrinin qaz infrastrukturunu bombardman edərək ciddi zərər vurması Avropada qazın qiymətinin artmasına səbəb olub. Bu gün Niderlandın TTF habında 1000 kubmetr qazın qiyməti 855,16 dollara kimi yüksəlib.

NTV xəbər verir ki, birdən-birə qazın qiymətinin 30 faiz artması istehsal müəssisələrinin işində çətinliklər yaradıb. Avropada ərzaq mallarının qiymətində də artım müşahidə olunur.

Bu gün İran Əl-Küveytin “Əl-Əhməd” neftayırma zavodunu raket zərbəsinə tutub və güclü yanğın başlayıb. Bununla yanaşı Səudiyyə ərəbistanın “Samref” və Qırmızı dəniz sahilindəki “Yanub” limanı raket zərbəsinə məruz qalıb. Limandakı neft terminallarında yanğın başlayıb.

Qazın qiymətinin kəskin şəkildə artmasının əsas səbəbi isə Qətərin Ras-Laffan şəhərindəki qaz istehsalı zavodu və Birləşmiş Ərəb Əmirliklərin Əbu-Dabi şəhəri yaxınlığındakı “Habshan” qaz emalı zavodlarının zərbələrə məruz qalaraq bağlanmasıdır.

İran-ABŞ müharibəsi Avropada yanacaq böhranını kəskinləşdirib və artıq Rusiyaya qarşı tətbiq olunan sanksiyaların bir hissəsinin aradan qaldırılması məsələsi qaldırılır. Nəzərə çatdıraq ki, Rusiyaya qarşı sanksiyaların ləğv edilməsi və yanacağın qiymətinin sabit saxlanılması ABŞ Konqresində də müzakirə olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM