satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb

2026-cı ilin yanvar-fevral aylarında qızıl istehsalı 15 faiz azalaraq 406,6 kiloqram təşkil edib.

Dövlət Statistika Komitəsindən NTV-yə  bildirilib ki, martın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz azalaraq 140 kiloqram olub.

Hesabat dövrü ərzində gümüş istehsalı 12,3 faiz azalaraq 681,4 kiloqram təşkil edib.

Martın 1-i vəziyyətinə gümüş üzrə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 faiz azalaraq 522,7 kiloqram qeydə alınıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM