Cari ilin yanvar-fevral aylarında muxtar respublikada 17 milyon 710 min 800 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NTV-yə bildirilib ki, bunun 54 min 800 manatı bitkiçilik, 17 milyon 656 min manatı isə heyvandarlıq sahəsi üzrədir. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,5 faiz artıb.
