Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında 84,5 milyon manat dəyərində sənaye məhsulu istehsal olunub.
Bu barədə NTV-yə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,8 % çoxdur.
Sənaye məhsulunun 68,2 milyon manatı və ya 80,8 %-i malların, 16,2 milyon manatı və ya 19,2 %-i isə xidmətlərin payına düşüb.
Sənaye məhsulunun 76,5 %-i emal, 21,9 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,6 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
