satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda ötən il dövlət xətti ilə 10 minə yaxın elektron satınalma olub

Azərbaycanda ötən il dövlət xətti ilə 10 minə yaxın elektron satınalma olub

2025-ci ildə Azərbaycanda dövlət xətti ilə ümumi dəyəri 4,9 milyard manat olan 9 965 elektron satınalma həyata keçirilib.

NTV bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq 11,4 % və 1,8 % çoxdur.

Ötən il açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı açıq tender metodu üzrə 3,7, kotirovka sorğusu metodu üzrə 3,4 olmaqla, ümumilikdə 3,5 təşkil edib. Əvvəlki ilə nisbətən dövlət satınalmalarında orta iştirakçı sayı 2,9 % artıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM