satellite   Azerspace-1: 11135 H 30000

SOCAR ötən il ixrac etdiyi neftin həcmini açıqlayıb

SOCAR ötən il ixrac etdiyi neftin həcmini açıqlayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ötən il xarici bazarlara 16 milyon 65 min 728 ton həcmində neft ixrac edib.

NTV xəbər verir ki, bu barədə SOCAR-ın 2025-cü ilin yekunlarına dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərində deyilir.

Məlumata görə, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 530 min 672 ton və ya 3,2 % azdır.

Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir.

Qeyd edək ki, 2024-cü ildə SOCAR 16 milyon 596 min 400 ton neft ixrac edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM