satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan oktyabrda "OPEC+" kvotasından gündəlik 90 min barel geri qalıb

Azərbaycan oktyabrda "OPEC+" kvotasından gündəlik 90 min barel geri qalıb

Bu ilin oktyabr ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 461 min barel təşkil edib.

NTV  bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı sentyabr ayı ilə müqayisədə 2 min barel azdır.

Hesabata əsasən, "OPEC+" razılaşması çərçivəsində Azərbaycanın bu il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, oktyabrda faktiki hasilat 90 min barel geriləyib.

Qeyd edək ki, bu ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 465 min barel, ikinci rübündə isə 461 min barel, üçüncü rübdə isə 458 min barel təşkil edib.

2024-cü ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 482 min barel olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM