satellite   Azerspace-1: 11135 H 30000

COP29 qlobal diqqəti cəmləşdirmək və iqlim fəaliyyətini sürətləndirmək üçün təşəbbüslərə başlayıb

COP29 qlobal diqqəti cəmləşdirmək və iqlim fəaliyyətini sürətləndirmək üçün təşəbbüslərə başlayıb

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) idarə heyəti qlobal diqqəti cəmləşdirmək və iqlim fəaliyyətini sürətləndirmək üçün təşəbbüslərə başlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29-un fəaliyyət planını təqdim edərkən deyib ki, Azərbaycan dünya ictimaiyyətinin COP29-a ev sahibliyi etmək üçün göstərdiyi inamdan şərəf duyur.

“Amma biz iqlim problemini təkbaşına həll edə bilmərik”, - COP29 prezidenti qeyd edib.

O, dünya ictimaiyyətini həmrəyliyə çağırıb.

Sözügedən təşəbbüslərə iqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı təşəbbüsü, COP29 "yaşıl enerji" zonaları və dəhlizləri öhdəliyi, COP29 Hidrogen Bəyannaməsi və sair daxildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM