satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlarının sayı 100 mini ötüb

Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlarının sayı 100 mini ötüb

İndiyə qədər Azərbaycan ərazisində 100 637 ədəd yeni nəsil nəzarət-kassa aparatı (NKA) quraşdırılıb.

Naxçıvan televiziyası bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin yanvar-avqust ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15,6 milyard manatdan artıq olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 % çoxdur.

"Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - deyə məlumatda qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM