Naxçıvanda istehlakçılara 1,2 milyon manat ƏDV məbləği geri qaytarılıb

Naxçıvanda istehlakçılara 1,2 milyon manat ƏDV məbləği geri qaytarılıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 2024-cü il aprelin 1-dək muxtar respublika ərazisində quraşdırılmış yeni nəsil NKA-ların sayı 3.222 ədəd olub. Yanvar – mart ayları ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 91,4 milyon manat olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 64 milyon manat və ya 3,3 dəfə çoxdur.

Xidmətdən NUHÇIXAN-a verilən məlumata görə, bu il aprelin 1-nə “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1,2 milyon manat ƏDV məbləği geri qaytarılıb. Cari ilin birinci rübündə istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artaraq 319,2 min manat olub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM