Naxçıvanda bu ilin yanvar-mart ayları ərzində 2052 çıxarış verilib

Naxçıvanda bu ilin yanvar-mart ayları ərzində  2052 çıxarış verilib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-mart ayları ərzində 2052 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

Muxtar respublikanın İqtisadiyyat Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, bu ilin ilk 3 ayı ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 789-u fərdi yaşayış evi, 300-ü mənzil, 840-ı torpaq sahəsi, 32-si qeyri-yaşayış binası, 81-i qeyri-yaşayış sahəsi, 9-u əmlak kompleksi, 1-i isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 931-i və ya 45,4 faizi Naxçıvan şəhərinin, qalanı isə rayonların payına düşür.

Cari ilin I rübü ərzində 1850 texniki sənəd parametrləri və həmin sənədlər haqqında digər məlumatlar Milli Qeydiyyat Sisteminə daxil edilib. Həmin dövr ərzində 1313 texniki sənəd tərtib edilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM