NTV xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarında oktyabrın 6-sı axşam saatlarından 7-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.
Ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Yüksək dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır.
Oktyabrın 6-dan 7-nə keçən gecə və səhər saatlarında yağıntıların intensivləşəcəyi gözlənilir.
Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar muxtar respublikanın bəzi çaylarında suyun səviyyəsinin artacağı, ayrı-ayrı çaylarda qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
