satellite   Azerspace-1: 11135 H 30000

Sabah hava yağmursuz keçəcək, cənub-şərq küləyi əsəcək

Sabah hava yağmursuz keçəcək, cənub-şərq küləyi əsəcək

Milli Hidrometeorologiya Xidməti martın 15-də gözlənilən hava şəraiti barədə proqnozunu açıqlayıb.

Xidmətdən NTV verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM