Mart ayı ərzində dövlət sərhədində ümumi dəyəri 7 milyon 573 min 290 manat məbləğində qaçaqmal tutulub.
Bu barədə NTV-yə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 7 milyon 573 min 290 manat оlan qaçaqmal, о cümlədən RF valyutası, odlu silaha məxsus patronlar, dərman vasitələri və tütün məmulatları aşkar olunaraq götürülüb.
