satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda 2025-ci ildə orta hesabla hər gün 53 yanğın baş verib

Azərbaycanda 2025-ci ildə orta hesabla hər gün 53 yanğın baş verib

Azərbaycanda 2025-ci ildə hər gün orta hesabla 53, ümumilikdə 19,5 min, o cümlədən Bakıda 5,6 min, işğaldan azad olunmuş ərazilərdə isə 499 yanğın hadisəsi qeydə alınıb.

NTV xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında qeyd edilib.

Hesabata əsasən, ümumilikdə, yanğınların söndürülməsi zamanı 82 dövlət obyekti, 391 özəl obyekt, 351 çoxmənzilli bina, 534 fərdi ev, 471 yardımçı tikili, 612 ədəd müxtəlif təyinatı texnika mühafizə olunub.

53 nəfərin həyatı real təhlükədən xilas edilib. Baş verən yanğınların söndürülməsi zamanı insan həyatı üçün təhlükə faktorları nəzərə alınaraq 768 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

Ötən il xilasetmə qrupları yol-nəqliyyat qəzası, silah-sursat aşkarlanması, mənzildə köməksiz vəziyyətdə qalma, liftdə qalma və s. xarakterli olmaqla 991 müxtəlif axtarış və qəza-xilas etmə işlərində iştirak ediblər.

Fövqəladə halların və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı 309-u azyaşlı olmaqla 1093 nəfər zərərçəkmiş xilas edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
İlber Ortaylı vəfat edib

16:51 13.03.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM