satellite   Azerspace-1: 11135 H 30000

Cəlilabadda yaxın qohumlara qarşı ağır hücum: 49 yaşlı şəxs saxlanılıb

Cəlilabadda yaxın qohumlara qarşı ağır hücum: 49 yaşlı şəxs saxlanılıb

Cəlilabad rayonunun Üçtəpə kəndində ağır cinayət hadisəsi qeydə alınıb. Kənd sakini şəxsi münasibətlər zəminində 12 və 14 yaşlı qardaşı qızı və oğluna hücum edib. İlkin məlumata görə, azyaşlılara balta ilə müxtəlif bədən xəsarətləri yetirilib.

NTV bölgə müxbiri xəbər verir ki, yaralılar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, cinayət əməlində şübhəli bilinən 49 yaşlı Ə.Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi üzrə istintaq davam etdirilir. Araşdırmalar aparılır.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM