satellite   Azerspace-1: 11135 H 30000

“Rapid” – “Neftçi” oyununu Norveçdən olan hakimlər briqadası idarə edəcək

“Rapid” – “Neftçi” oyununu Norveçdən olan hakimlər briqadası idarə edəcək

UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Rapid” (Avstriya) – “Neftçi” matçının hakimləri müəyyənləşib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, oyunu Norveçdən olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Rohit Saqqi olacaq. Ona Qeyr İsaksen və Morten Yensen kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sivert Öksnes Amland yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 11-də Avstriyanın paytaxtı Vyananın "Vestştadion" arenasında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM