satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə millisi dünya çempionatına vəsiqə qazanıb

Türkiyə millisi dünya çempionatına vəsiqə qazanıb

Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində final oyunları keçirilib.

NTV xəbər verir ki, Türkiyə millisi həlledici görüşdə Kosovonun qonağı olub. Matç “ay-ulduzlular”ın minimal hesablı qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 53-cü dəqiqədə Kərəm Aktürkoğlu vurub. DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanan komanda D qrupunda ABŞ, Avstraliya və Paraqvayla mübarizə aparacaq.

Digər matçda isə İsveç Polşanı 3:2 hesabı ilə üstələyərək finalda iştirak hüququ əldə edib.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM