satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın 3x3 basketbol yığması Çempionlar Kubokunda mübarizəyə başlayır

Azərbaycanın 3x3 basketbol yığması Çempionlar Kubokunda mübarizəyə başlayır

Bu gün Tailandın paytaxtı Banqkokda qadınlar arasında basketbolun 3x3 növü üzrə FIBA Çempionlar Kubokuna start veriləcək.

NTV xəbər verir ki, turnirdə debüt edən Azərbaycan millisi də ilk oyunlarını keçirəcək. Yığma B qrupunda Bakı vaxtı ilə saat 13:20-də Kanada ilə, 16:05-də isə ev sahibi Tailandla qarşılaşacaq.

Millimiz qrupdakı son matçına isə martın 14-də çıxacaq. Rəqib İspaniya seçməsi olacaq.

Qeyd edək ki, turnirin qalibi Olimpiya Təsnifat turnirinə lisenziya qazanacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM